Porsche şirkəti ən güclü səsi olan beş modeli seçmişdir.Bu avtomobillərin çəkildiyi videoçarx istehsalçı tərəfindən YouTube kanalında yayınlanmışdır.

Avtomobillərin siyahısında birinci yerdə 1970-ci illərdə buraxılan Porsche 911 Carrera RS 2.7 modeli qərarlaşmışdır. Bu avtomobil omoloqasiya seriyasından olaraq məhdud sayda buraxılmışdır. İkinci yeri, 110 at qüvvəli oppozit dörd silindrli mühərriki olan 550 Spyder yarış avtomobili tutmuşdur. Onu 500 at qüvvəli 911 GT3 RS sportkarı təqib edir. Beşliyi hibrid 918 Spyder və 5.7-litrlik V10 mühərriki ilə təchiz edilən Carrera GT superkarı tamamlayır. Gəlin bu möhtəşəm səsləri dinləyək.

Image alt Image alt Image alt Image alt Image alt