Amerikan Palmer Johnson tərsanəsi Bugatti şirkəti ilə birlikdə Niniette 66 idman yaxtasını işləyib hazırlamışdırlar. İyirmi metr uzunluğu olan qayıq Bugatti Chiron hiperkarının dizayn ülibinda görünüşə malikdir. Qayıq 44 dəniz mili (80 km/saatdan yuxarı) sürətə malikdir.

Qayığın layihəsininhazırlanmasına 2015-ci ildə başlanmışdır. Bugatti Niniette qayığının suya oturması  1,2 metr təşkil edir. Niniette qayığı 1000 və 1200 at qüvvəli variantda olan səkkiz silindrli MAN mühərriki və iki MJP suvuran mühərriki ilə təchiz edilmişdir. Bu qayıq yeni yaxtalar xəttinin ilki olacaqdır ki, sonradan uzunluğu 15 və 24 metr olan variantlar da təklif ediləcəkdir.

Yaxtanın tərtibatında karbon, dəri, alüminium, əsil aöac və mərmərdən istifadə edilir. Qayıqda cakuzi, bar, yataq otağı və ayrıca qonaq zonası, həmçinin ocaq yeri də mövcuddur. Yaxtanın qiyməti açıqlanmamışdır. Bildiyimiz kimi Bugatti Chiron modelinin satış qiyməti 2,4 milyon avrodan başlayır. Hal-hazırda istehsal ediləcək 500 avtomobildən yarısı satılmışdır. 

Image alt Image alt Image alt Image alt Image alt