Şkoda şirkəti Çin bazarı üçün iki yeni krossoverin hazırlandığını bəyan etmişdir. CarNewsChina saytının bildirdiyinə görə, bu modellər Model Q və Model K kod adı ilə işarələnmişdirlər.
Nəşrin məlumatına əsasən, Model Q indeksi altında Yeti modelinin xələfi gizlənmişdir. Bu model MQB modul platformasında yığılacaq, Volkswagen Tiguan və Seat Ateca ilə ilə ümumi komponentləri bölüşəcəkdir. Modelin Yeti adını qoruyub-saxlatacağı ehtimal edilir. Model haqqında ətraflı məlumat hələlik mövcud deyildir. Model K isə, çox güman ki, Çin bazarı üçün nəzərdə tutulmuş büdcə krossoveri olacaqdır. Avtomobil haqqında olan yeganə maəlumat onun hazırki Yeti modelinin bazasında yaradılacağıdır.
Bundan başqa, Çin bazarında Kodiaq krossoveri və onun kupeşəkilli kuzovla olan modifikasiyası da təklif ediləcəkdir. Şkoda Kodiaq modelinin adı variantı apreldə keçiriləcək Şanxay avtosalonunda təqdim olunacaqdır. Krossover 190 min yuana satılacaqdır ki, bu da təxminən 27,5 min ABŞ dolları edir.
Bütün yeni modellərin istehsalı Shanghai-Volkswagen birgə müəsissəsində yerləşdiriləcəkdir.