Mirrow Provocator şəhər avtomobilinin yaradıcıları modelin real ölçüləri barədə təsəvvür yaradan tam ölçülü maketi təqdim etmişdirlər. Qabarit uzunluğu 2,7 metr olan avtomobilin hündürlüyü iki metri keçir.

Maket tavansız olduğuna görə reallıqda Provocator hündür olacaqdır. Sxematik təsvirə əsasən avtomobilin hündürlüyü 205 santimetr təşkil edəcəkdir.

Müqayisə üçün maketi Smart və Nissan Titan pikapının yanında çəkmişdirlər. Yığcam Smart avtomobilinə nisbətən gələcək şəhər avtomobili nəinki hündür, həm də enli olacaqdır. Eninə görə sitikar pikapa yaxındır. Provocator modelinin klirensi 180 millimetr təşkil edəcəkdir.

Bununla belə, modelin işləyib-hazırlayanların saytında onun eninin 198 santimetr (güzgülər nəzərə alınmadan) olduğu yazılmışdır.

Provocator modelinin salonunda rahatlıqla dörd nəfər əyləşə bilər. Bundan başqa, oturacaqların arasında baqajı da yerləşdirmək mümkün olacaqdır. Maketlə birlikdə avtomobilin yeni renderləri də təqdim edilmişdir. Yaradıcılar iki tərtibat variantını təklif edirlər – StyleT və Paradox. Adından da göründüyü kimi, ilk variant Ford T modelinin üslubunda, ikincisi isə daha müasir və futurustik üslubda hazırlanmışdır.

Yaradıcılar avtomobilin mühərrik bölümündə 1,5-litrlik mühərrikin və ötürmələr qutusunun yərləşəciyini bildirmişdirlər.

Lakin, Provokator elektrokar olaraq düşünülmüşdür. Batareyalar üçün nəzərdə tutulmuş məkanı qiymətləndirmək üçün maketdə 800 içki qutusu yerləşdirilmişdir. Müəlliflərin sözlərinə görə, bu Tesla Model S elektromobilində istifadə edilən 11 min “18650” akkumulyatoruna bərabərdir. Xatırlatmaq istərdik ki, 85 kilovat-saat tutmlu batareyaları olan Tesla modelində cəmi 7104 element quraşdırılır. Beləliklə, Provocator kifayət qədər batareyalarla təchizat imkanına malikdir.

Müəlliflər avtomobil istehsalçısı olmaq fikrindən uzaqdırlar. Onlar ideyalara müəlliflik hüququ olan lisenziyalı tərəfdaş olmaq arzusundadırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt