Subaru şirkəti WRX STI “qaynar” sedanının Type RA adını almış unikal modifikasiyasını hazırlamışdır. Avtomobil Nürburqinqdə dördqapılı sedanlar üçün rekordu qeydə almaq üçün xüsusi olaraq hazırlanmışdır.

Motor1 saytının verdiyi məlumata əsasən, sedanı rekord yürüşünə Britaniyanın məşhur Prodrive firması hazırlamışdır. Bu sedan adi avtomobildən ciddi şəkildə fərqlənir. Belə ki, sedan yeni mühərriki əldə etmişdir: 2,5-litrlik mühərrikin yerini 2,0-litrlik güc aqreqatı almışdır. Bu mühərrikin gücü 600 at qüvvəsi təşkil edir ki, sedanın taxometrinin “qırmızı zonası” 8500 dövrədə başlayır. Subaru WRX STI Type RA sedanının güc aqreqatı Prodrive firmasının öz məhsulu olan sekvental ötürmələr qutusu ilə tandemdə çalışır. Ötürmələrin həyata keçirilməsinə 20-25 millisaniyə gərəkdir. Bununla belə, Prodrive mütəxəssisləri seriya avtomobilinin aktiv mərkəzi differensialını dəyişməz saxlayıblar.

Bundan başqa, avtomobil dəyişdirilmiş yarış asqısını, səkkiz porşenli suppertları  olan 15-düymlük əyləc disklərini, yarış sliklərini və hücum bucağını dəyişməyə imkan verən aktiv arxa antiqanadı əldə etmişdir.

Avtomobili Riçi Staneuey idarə edəcəkdir. Rekord yürüşü 19 may tarixinə təyin edilsə də, həmin gün yağış yağdığından cəhd alınmamışdır.  İstehsalçı bu yay bir daha rekord cəhdini həyata keçirəcəyinə söz vermişdir.

Hazırda Nübruqrinqin ən yeyin sedanı Alfa Romeo Giulia Quadrifoglio modelidir. 510 at qüvvəli sedan “Şimal ilğəyini” 7 dəqiqə 32 saniyəyə qət etmişdir. Subaru treki yeddi dəqiqədən az zaman qət etmək niyyətindədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt