Yeni Jaguar E-Pace təqdim edildiyindən bir gün keçməmiş Ginnesin rekordlar kitabına düşmüşdür. Krossoverin təqdimatı zamanı E-Pace seriya avtomobilləri arasında dümaynın ən uzun «çəlləyini» həyata keçirib. Bu tullanışın videosu britaniya markasının YouTube kanalında dərc edilib.

Rekordun həyata keçirilməsi zamanı krossoverin sükanı arxasında Ginnesin 21 rekordunun sahibi Terri Qrant olub. Avtomobil 15 metr uçaraq 270-dərəcəlik «çəlləyi» yerinə yetirib. Bu zaman pilot 5,5g yüklənməyə məruz qalıb. Xatırladaq ki, 2015-ci ildə Qrant Jaguar F-Pce modelinin sükanı arxasında hündürlüyü 19,08 metr olan dünyada ən böyük «Ölü ilgəyini» qət etmişdi. Bundan başqa, kaskadyor avtomobilləri iki təkərə də qaldırmışdır.

Bunlara misal olaraq Nissan Juke, Jaguar F-Pcae və Range Rover Sport SVR modellərini göstərmək olar.  

Ən kiçik ölçülü Jaguar E-Pace modeli keçən həftə Londonda keçirilmiş xüsusi tədbirdə təqdim edilib. Krossover 150, 180 və 240 at qüvvəli dizel, həmçinin 249 və 300 at qüvvəli benzin mühərrikləri ilə təchiz ediləcəkdir.