Ford şirkəti avtopilotla təchiz edilmiş avtomobillər üçün yığışdırılan sükan və pedal qovşağını patentləşdirib. ABŞ-ın patent bürosunun saytında dərc edilmiş sənədə əsasən, avtomobilin idarəetmə orqanları alıcılara opsiya şəklində təklif ediləcəkdir.

Amerikan istehsalçısının düşüncəsinə görə, pilotsuz avtomobillərdə fiziki idarəetmə avadanlığı olduğu kimi qalacaqdır. Avtonom hərəkət zamanı isə, bu elementlər salonun tərtibatının arxasında gizlədiləcəkdirlər. Bununla belə, müştəri sükan və pedalları sifariş etdikdə, onları saxlamaq üçün xüsusi bağlanan bölmələr yaradılacaqdır.

İdarəetmə orqanlarını quraşdırmaq arzusunda olanlara iki variantdan birini seçmək təklif ediləcəkdir: klassik mexaniki bağlantısı olan sistem, və yaxud elektron sükan və pedallar. Maraqlıdır ki, Ford şirkətinin patentində sürücü üçün iki hava yastığından söhbət gedir. Onlardan biri sükanda, digəri isə ön paneldə quraşdırılacaqdır. Hərəkət rejimindən asılı olaraq elektronika lazım olan yastığı aktivləşdirəcəkdir.

Amerikan markasının patenti 2016-cı ildə qeydə alınmışdır. Lakin, sənəd bu ilin avqustunda dərc edilmişdir. Ford avtomobillərinin həqiqətən də bu sistemlərlə təchiz ediləcəyi məlum deyildir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt