Honda şirkəti Frankfurt avtosalonunda Avropa bazarı üçün nəzərdə tutulmuş hibrid krossoverin prototipini nümayiş etdirəcək. Honda CR-V modelinin bazasında yaradılmış prototip yapon markasının Avropada satılacaq ilk elektrikləşdirilmiş krossoveri olacaq.

CR-V hibridinin güc aqreqatı Atkinson dövrü ilə işləyən2,0-litrlik benzin mühərrikindən, bir pilləli transmissiyadan və iki elektromotordan ibarət olacaqdır. Elektromühərriklərdən biri yalnız generator kimi çalışacaqdır. 

Hidbrid aqreqat üç rejimdə çalışacaqdır. Bunlar tam elektrik rejimi, DYM rejimi (qəfil sürətlənmə zamanı elektromotor da qoşula bilər) və qarışıq rejimdir. Qarışıq rejimdə benzin mühərriki yalnız batareyaların doldurulması ilə məşğul olacaqdır. İstehsalçı krossoverin yürüş ehtiyatı barədə məlumat verməyib.

Hindrid güc qurğusu ilə yanaşı, krossoverin mühərrik çeşidinə 1,5-litrlik benzin turbomühərriki də daxil olacaqdır.  Mühərrik 6-pilləli mexaniki ötürmələr qutusu və ya pilləsiz variatorla təchiz edilə bilər.

Avtomobilin mühərrik çeşidinə dizel aqreqaı daxil edilməyib. 

Image alt Image alt Image alt Image alt