Fərdiləşdirmə proqramları hazırlayan BMW Individual bölməsinin 25 illik yubileyinə həsr edilmiş eksklyuziv BMW 7-Series hazırlanıb. Eksklyuziv sedan üzərində çalışmalara nüfuzlu fin Nautor’s Swan tərsanəsi cəlb edilib.

Təqdim edilmiş sedan M760Li xDrive Excellence modelinin bazasında yaradılan xüsusi layihədir. Bayraqdar sedan, kuzovun Damask Red adlı xüsusi rənginə, həmçinin ağ və tünd qırmızı dəri ilə üzlənmiş salona sahib olub. Sedanın baqaj bölümü və salonu tik ağacından döşəməyə malikdir.

Ağac panellərin arasına rezin doldurulubdur ki, bu da temperatur dəyişməsi zamanı panellərin genişlənməsinə və ya sıxılmasına imkan yaradır. Avtomobilin interyerinin tərtibatında alkantara və karbondan istifadə edilib. Ön paneldəki işləmələr iri palıddan hazırlanıblar.

BMW M760i xDrive modeli 610 at qüvvəsi və 800 Nm fırlanma anı olan 6,6-litrlik TwinPower Turbo mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı 8-pilləli Steptronic sürətlər qutusu və tam çəkiş sistemi ilə birgə çalışır. BMW 760Li xDrive modeli 100 km/saat sürətini 3,9 saniyəyə toplayır.

Onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. Daha yüksək sürətlər arzu edənlər M Driver’s Package dəstini sifariş etməklə maksimal sürət həddini 305 km/saata qədər artırmağa imkan verir. Sedan 100 kilometrə 12,6 litr yanacaq sərf edir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt