Böyük Britaniyanın ümumi istifadə yollarında unikal Pagani Zinda 760 PS avtomobili qəzaya düşüb. Superkarın, aviasiya sənayesi üçün komponentlər hazırlayan Saywell International şirkətinin sahibi Piter Seyvellə məxsus olduğu məlumdur.

Qəza A27 magistralında baş verib. Hadisənin necə baş verdiyi məlum deyildir. Bununla belə, avtomobilin tamamilə ön hissədən məhrum olduğu görünür. Söylənənlərə görə, Seyvell özünün təşkil etdiyi trek günlərinə yollanarkən qəzaya düşüb. Avtomobil Pagani şirkəti tərəfindən Seyvellin sifarişi ilə inşa edilmişdi. Bir neçə il bundan öncə iş adamı avtomobili istehsalçıya göndərərək onu təkmilləşdirməyi xahiş etmişdi. Təkmilləşdirmə zamanı mühərrikin gücü 760 at qüvvəsinə qədər artırılmış, həmçinin kuzovun rəngi dəyişdirilmişdir. Təkmilləşdirmələrə görə Seyvell 250 min funt-sterlinq ödəyib.

Pagani şirkəti qəzaya düşmüş superkarların yenidən bərpası ilə də məşğul olur. Bu il istehsalçı tərəfindən qəzadan sonra bərpa edilmiş Zonda F Reviera və Zonda 760 Fantasma Evo superkarları nümayiş etdirilibdir. Sadəcə Seyvell bir balaca xərcə düşməli olacaqdır.