Infiniti şirkəti QX50 krossoverinin ilk tizerini dərc edib

Infiniti şirkəti yeni QX50 krossoverinin ilk tizerini dərc edib. Bu ayın 28-i tarixində Los-Anjelesdə debüt edəcək krossover, dəyişən sıxılma dərəcəsinə malik olan yeni benzin mühərrik ilə təchiz olunacaqdır.

VC-Turbo adlandırılan yeni 2,0-litrlik dörd silindirli turbomühərrik 272 at qüvvəsi və 390 Nm fırlanma anı hasil edəcəkdir. Aqreqatın əsas üstünlüyü dəyişən və maksimal effektivliyi təmin edən rejimlərdə işləməsidir: sıxılma əmsalı 8:1 (maksimal gücü təmin etmək üçün) - 14:1 nisbəti (maksimal qənaətcillik üçün) arasında dəyişə bilər. Yaponların bildirdiyinə görə, yeni mühərrik 325 at qüvvəli 3,7-litrlik V6 mühərrikindən 27% qənaətcil olacaqdır.

Yeni mühərrikin yalnız CVT variatoru ulə tandemdə çalışacağı ehtimal edilir. Bir müddət bundan öncə, yeni nəsil Infiniti QX50 krossoverinin patent təsvirləri və ön panelinin cəsuslar tərəfindən çəkilmiş şəkilləri yayılmışdı.

İstehsalçı yeni nəsil Infiniti QX50 krossoverinin müasir ProPİLOT yarım avtonom idarəetmə sistemi ilə də təchiz ediləcəyini bildirib.

ДРУГИЕ СТАТЬИ