Infiniti şirkəti QX50 modelinin yeni nəslinin ilk fotoşəklini dərc edib

Los-Anjeles avtosalonunun başlamasına sayılı günlər qalmış Infiniti şirkəti yeni nəsil QX50 krossoverinin ilk fotoşəkilini dərc edib. Yeni krossover dəyişən sıxılma əmsalı olan benzin mühərrikini və sürücüyə yardım sistemlərinin kompleksi olan ProPİLOT sistemini əldə edib.

VC-Turbo adlandırılan yeni 2,0-litrlik dörd silindirli turbomühərrik 268 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edir. Aqreqatın əsas üstünlüyü dəyişən və maksimal effektivliyi təmin edən rejimlərdə işləməsidir: sıxılma əmsalı 8:1 (maksimal gücü təmin etmək üçün) - 14:1 nisbəti (maksimal qənaətcillik üçün) arasında dəyişə bilər. 

Öndən çəkişli yeni model V6 mühərriki ilə təchiz edilən cari krossoverdən 35% qənaətcildir. Tam çəkişli avtomobildə bu rəqəm 30% təşkil edir. Yeni QX50 modelinin qarışıq rejimdə 8,7 – 9,0 litr yanacaq sərf edəcəyi ehtimal olunur. Yerindən 100 km/saat həddinə öndənçəkişli model 6,7, tamçəkişli isə 6,3 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti 230 km/saatdır.

Yeni nəsil Infiniti QX50 krossoveri tamamilə yeni olan öndənçəkişli modul platdormasında inşa edilibdir. Modelin konstruksiyasında yüksək möhkəmliyə malik olan və SHF (Super High Formability) adlandırılan poladdan istifadə edilibdir. Bunun sayəsində yeni model sələfinə nisbətən 23% daha sərt kuzova malikdir. Eyni zamanda ,yeni platforma QX50 modelini iki ötürmə (öndən və tam çəkiş) növü ilə təklif etməyə imkan verir.

Yeni modelin qabarit uzunluğu 4693 millimetr, eni – 1903 millimetr, təkər bazasının uzunluğu isə, 2800 millimetrdir. Beləliklə, yeni krossover sələfindən 52 millimetr qısa, 103 millimetr enlidir. Avtomobilin təkər bazası isə, sələfində olduğundan 80 millimetr qısadır. Krossoverin baqaj bölümünün həcmi 895 litrdir. Arxa cərgənin qatlanması halında bu rəqəm 1699 litr təşkil edir. Baqaj bölümünün döşəməsinin altında yükləri yerləşdirmək üçün xüsusi yerlər nəzərdə tutulub.

İstehsalçı yeni nəsil Infiniti QX50 krossoverinin müasir ProPİLOT Assist sistemi ilə də təchiz edilinii bildirib. Bu sistem bir zolaq çərçivəsində avtomobili sürətləndirmək, əyləcləmək və sükana nəzarət etmək iqtidarındadır. Yaponların bildirdiyinə görə, bu sistem gələcək tam avtonom idarəetmə sistemlərinin əsasını təşkil edəcəkdir. Yeni krossoverin rəsmi təqdimat mərasimi bu ayın sonunda işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir.

ДРУГИЕ СТАТЬИ