Mercedes-Benz şirkəti növbəti nəsil Sprinter furqonunun ilk fotoşəkillərini dərc edib. “Əşyaların interneti” konsepsiyasının bir hissəsi olacaq avtomobil gələn ilin fevral ayında təqdim ediləcəkdir.

Dərc edilmiş təsvirlərdən göründüyü kimi, furqon S-Class bayraqdarında olduğu kimi sensorlu panelləri olan sükan çarxına, son modellərdə gördüyümüz havalandırma sisteminin dairəvi deflektorlarına və Mercedes PRO connect müasir multimedia sisteminə sahib olub. Multimedia sistemi internet vasitəsi ilə, bir parkın furqonlarının sürücülərini idarəçilər ilə birləşdirəcəkdir. Sonuncular avtomobilin yerləşməsini və hətta yanacaq çənində olan qalığa real vaxt rejimində nəzarət edəcəkdirlər.

Yeni Mercedes-Benz Sprinter modelinin istehsalına gələn ilin yazında start veriləcək. Avtomobillər alman şirkətinin Lüdviqsfelddəki və Düsseldorfdakı zavodlarında buraxılacaqdırlar.

Image alt Image alt Image alt Image alt Image alt