Lada Vesta "qaynar" modifikasiyalara sahib olacaq

Lada Vesta modelinin idman modifikasiyaları S-Line və R adlandırılacaqdır. Müvafiq emblemlər AvtoVAZ tərəfindən Rusiyanın İntellektual mülkiyyət üzrə federal xidmətində ("Rospatent") qeydə alınıb. Bu barədə xəbəri Motor.ru saytı yayıb.

Yeni modifikasiyalar haqqında ətraflı məlumat verilməyib. Çox güman ki, Vesta modelinin modifikasiyaları xarici markaların "qaynar" variantlarına bənzər şəkildə hazırlanacaqdır. Yəni, S-Line idman dəstli kuzovla malik olan "qaynar" modifikasiya, R indeksli variant isə tam idman modifikasiyası olacaqdır. "Bərkgedən" Lada Vesta iki mühərrik ilə təklif ediləcəkdir.

Bunlar 140 at qüvvəsi hasil edən 1,6-litrlik və 149 at qüvvəli 1,8-litrlik benzin mühərrikləridir. Sonuncu mühərrikin 180 at qüvvəli variantının olması da istisna edilmir. Gücləndirilmiş mühərriklə yanaşı "qaynar" Vesta klirensi azaldılmış asqıya, başqa yay və amortizatorlara, daha güclü əyləc mexanizmlərinə və təkmilləşdirilmiş mexaniki ötürmələr qutusuna sahib olacaqdır.

Qaynar Lada Vesta modelinin prototipi keçən il Moskvada keçirilən avtosalonda nümayiş etdirilmişdi. Konsept seriya modelindən qara rəngə boyanmış dam və güzgülər, başqa bamper, xüsusi dizayna malik olan 17-düymlük təkər diskləri, arxa spoyler və yapışdırmalar ilə seçilirdi. Seriya modelinində bənzər opsiyalara malik olacağı gözlənilir.

Yeni modifikasiyanın istehsalında gələn ilin fevralında başlayacaqdır. Qaynar Lada modelləri satışa aprel ayında çıxarılacaqdırlar. 

Ən maraqlısı, görəsən Audi və Volkswagen şirkətləri bu işə necə baxırlar?

ДРУГИЕ СТАТЬИ