Infiniti elektrokarının debüt tarixi açıqlanıb

Infiniti şirkəti ilk elektrokarını 2021-ci ildə buraxacaqdır. Bu model elektrikləşdirilmiş avtomobillər xəttinin carcısı olacaqdır. 2025-ci ilə elektromobillərin payı yapon istehsalçısının ümumi satışlarının 50 faizini təşkil edəcəkdir.

Nissan şirkətinin icraçı direktoru Hiroto Saykavanın sözlərinə görə, bir neçə ildən sonra Infiniti markasının model xətti təmiz elektrokarlardan və E-Power hibrid güc qurğusu ilə təchiz edilən avtomobillərdən ibarət olacaqdır. Hibrid qurğunun tərkibinə akkumulyatorlar bloku və generator rolunu oynayan kiçik həcmli benzin mühərriki daxil olacaqdır.  

Yapon premium markası Detroyt avtosalonunda Q Inspiration adlı konsept avtomobilini nümayiş etdirib. Konsept dəyişən sıxılma əmsalı olan turbomühərrik və növbəti nəsil ProPilot avtonom idarəetmə sistemi ilə təchiz edilib. Özündə kupe ölçülərinə malik olan klassik sedan üslubunu birləşdirən konsept yapon markasının yeni dizayn dilini nümayiş etdirir.  Infınıti Q Inspiration örta ölçülü sedan seqmentində yeni arxitekturanın yaradılması cəhdidir.

Sedanın salonunda süzən mərkəzi konsol, fon işıqlandırması, “sıfır qravitasiyalı” oturacaqlar və hər bir sərnişin üçün fərdi displeylər quraşdırılıb. Multimedia sistemi hər bir ekranda müxtəlif kontenti əks etdirməyə imkan verir. Məsələn, sərnişinlər bir-birlərinə mane olmadan musiqi dinləyə və ya filmə baxa bilərlər.

ДРУГИЕ СТАТЬИ