Volkswagen konserninin başçısı Mattias Müller şirkətin xarici əlaqələr üzrə direktoru Tomas Şteqanı işdən kənarlaşdırıb. Bu dəfə alman konserninin yüksək vəzifəlisi meymunların güdazına gedib.

Xatırladaq ki, bir müddət bundan öncə, kütləvi informaisya vasitələri alman konserninin heyvanlar üzərində qəddar eksperiment apardığı barədə məlumatı yaymışdır. E-mail yazışmasından aydın olduğu kimi, 2013-cü ilin mayında Şteqanı hazırlanan eksperiment barədə xəbərdarlıq ediblər.

Bu eksperimentin məqsədi Ümumdünya sağlamlıq təşkilatının dizel mühərriklərinin tullantılarının xərçəng xəstəliyini yaratdığı barədə iddiasını təkzib etmək idi. Bununla belə, Şteq alman Bild qəzetinə verdiyi müsahibədə eksperimentin beynəlxalq elmi standartlara uyğun olduğunu və ABŞ-ın etika üzrə komissiyası tərəfindən razılıq verildiyini bildirib. Eksperiment zamanı 10 meymunun xüsusi germetik kamerada saxlayaraq  dizel Beetle modelinin işlənmiş qazları ilə nəfəs almağa məcbur ediblər.

Eksperiment nəqliyyatın ətraf mühitə və sağlamlığa təsirinin öyrənən Avropa qrupunun sifarişi ilə Lavleys adına respirator xəstəliklərin tədqiqatı institutu tərəfindən aparılıb.

Təcrübə barədə məlumatların açıqlanmasından sonra Volkswagen qrupunun rəhbərliyi üzr istəyib və seçilmiş elmi metodun səhv olduğunu etiraf edib.