Skoda şirkəti Cenevrə avtosalonunda Vision X adlı şəhər krossoverinin konseptini təqdim edəcəkdir. Seriya krossoverinin carçısı markanın dizaynının və model xəttinin inkişafını nümayiş etdirəcəkdir.

Krossover hibrid güc qurğusu ilə təchiz ediləcəkdir. Lakin, qurğunun texniki göstəriciləri barədə məlumat verilməyib.

Vision X prototipinin təchizatına 20-düymlük təkər diskləri və panoram tavan daxildir. prototipin interyerinin əsas elementləri məlumat-əyləncə sisteminin mərkəzi displeyi və büllurdan hazırlanmış dekorativ elementlərdir.

Skoda Vision X modelinin əmtəə variantı çex istehsalçısının model xəttində Karoq və Kodiaq ilə yanaşı üçüncü krossover olacaqdır.

Image alt Image alt Image alt