Lotus şirkətinin keçmiş rəhbəri Deni Bahara məxsus olan Ares Design şirkəti Project Panther sportkarının prototipini təqdim edib. 1970-ci illərin klassik sportkarlarından olan De Tomaso Pantera kupesinin üslubunda yaradılmş avtomobilin təqdimat mərasimi markanın Modenadakı mənzil-qərargahında keçirilib.

Yeni superkarın əsasını Lamborghini Huracan superkarının alüminium və karbondan hazırlanmış şassisi təşkil edəcəkdir. Sportkar italyan kupesindən alınmış  5,2-litrlik V10 atmosfer mühərriki və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Böyük ehtimalla, güc aqreqatı 602 at qüvvəsi hasil edəcəkdir. Avtomobilin əsasını Huracan modeli təşkil etsə də, De Tomaso Pantera modelinin müasir təsfiri özünəməxsus eksteryerə və interyerə sahib olacaqdır. Superkarın təchizatına işıqdiodlarından gündüz hərəkət işıqları, qalxan fənərlər, kiçik radiator barmaqlığı və karbondan hazırlanmış kapot daxildir.

Yeni modelin salonun arxitekturası klassik Pantera modelindəkinə bənzər yaradılıb. Avtomobilin interyerinin tərtibatında karbon, yüksək kefiyyətli dəridən və alkantaradan istifadə edilir. Ares Design şirkətindən bildirildiyinə görə, yeni avtomobilin qiyməti 750 min avro təşkil edir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt