Britaniyalılar köhnə Jaguar XKR modelini 600 at qüvvəli sportkara çevirəcəklər

Klassik modelləri bərpa edərək onları müasir texniki hissə ilə təchiz edən Britaniyanın David Brown Automotive markası Speedback GT retro-sportkarının xüsusi modifikasiyasının tizerlərini dərc edib.

Dörd il bundan qabaq buraxılışına başlanmış sportkarın Silverstone adlanacaq modifikasiyası 10 nüsxədən ibarət məhdud sayda tirajla buraxılacaqdır. Xüsusi versiya haqqında məlumat çox azdır. İstehsalçı 600 at qüvvəsi hasil edən mühərriklə təchiz edilən avtomobilin Siversoutda əllə yığılacağını bildirib.

Speedback Silverstone Edition modelinin dünyəvi təqdimatı mart ayının əvvəlində işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir. Yenilənmiş Speedback GT sportkarının dübütü keçən il baş tutub. Jaguar XKR modelinin bazasında hazırlanmış avtomobil alüminiumdan hazırlanmış yeni kuzova sahıb olub. Kuzovun əllə hazırlanmasına səkkiz həftə sərf edilir.

Retrokar 510 at qüvvəli kompressorlu 5,0-litrlik səkkiz silindrli mühərrik ilə hərəkətə gəlir. İlk “yüzlüyü” avtomobil beş saniyəyə toplayır. Onun maksimal sürəti 250 km/saatdır.

ДРУГИЕ СТАТЬИ