SAIC şirkəti Skoda Kamiq modelinin eskizlərini dərc edib

SAIC Volkswagen birgə müəssisəsi kütləvi təqdimatı Pekin avtosalonunda keçiriləcək subkompakt Skoda Kamiq krossoverinin eskizlərini dərc edib. İlkin məlumata görə, yeni krossoverin çin bazarındakı satışlarına bu ilin iyun ayında başlanacaqdır.

Skoda Kamiq çex istehsalçısının model xəttində Karoq modelindən bir pillə aşağıda yerləşəcəkdir. Skoda Kamiq modelinin qabarit uzunluğu 4390 millimetr, eni - 1781 millimetr, hündürlüyü isə 1593 millimetr olacaqdır. Krossoverin təkər bazası 3610 millimetr təşkil edəcəkdir. Yeni model Karoq modelindən 8 millimetr uzun, 60 millimetr ensiz və 12 millimetr alçaqdır.

Yeni modelin təkər bazası Karoq krosoverində olduğundan 20 millimetr qısadır.

Skoda Kamiq modeli 110 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki və mexaniki transmissiya ilə təchiz ediləcəkdir. Yeni modelin mühərrik çeşidi barədə məlumat verilməyib.

ДРУГИЕ СТАТЬИ