Harald Kilmann: Toyota Supra ucuz olmayacaq

Yenidən həyata qaytarılan Toyota Supra modeli qiymətinə görə GT86 kupesindən kəskin şəkildə fərqlənəcəkdir. Bu barədə AutoRAI nəşrinə müsahibəsində yapon markasının avropa ofisinin vitse-prezidenti Harald Kilmann bildirib.

“Avtomobil ucuz olmayacaqdır”, - Kilmann söyləyib. O, həmçinin Supra kupesinin BMW Z4 modeli ilə ümumi platforma və güc aqreqatını bölüşəcəyini də təsdiq edib. Xatırladaq ki, yeni nəsil Toyota Supra kupesi BMW tərəfindən hazırlanmış 3,0-litrlik altı silindrli sıralı mühərrik ilə hərəkətə gələcəkdir. Supra modelində quraşdırılacaq mühərrik iki turbokompressorla təchiz ediləcəkdir. İlkin məlumatlara görə, mühərrik 450 at qüvvəsinə malik olacaqdır. Lahiyənin rəhbəri Tetsui Tada Supra kupesinin yalnız iki muftalı "robot" ilə təchiz ediləcəyini bildirib.

Bundan öncə, Tetsuya Tada yeni sportkarın hazırlanmasına uzun zaman sərf edildiyinə görə üzr istəyib. Onun fikrincə, yapon istehsalçısı sportkarı daha əvvəl buraxmalı idi.  “Biz bunun daha əvvəl baş verməsini istərdik, - Tada-san söyləyib. – Bizi dəstəkləyənlərdən üzr istəyirik. Çox təəssüf edirəm, 15 il çox uzun müddətdir”. Tada-sanın sözlərinə görə, beşinci nəsil Supra modelinin hazırlanması üçün başlıca şərtlər öndə yerləşən mühərrikin, arxa çəkişin və altı silindrli mühərrikin mövcudluğu olub. 

ДРУГИЕ СТАТЬИ