Land Rover şirkəti Freelander modelini dirçəltmək istəyir

Yaxın dörd il ərzində Land Rover şirkəti bir neçə yeni modeli təqdim etməyi planlaşdırır. “Autocar” nəşrinin məlumatına əsasən, bu avtomobillərin arasında Freelander krossoverinin “ruhunu dirçəldəcək” yığcam modelin olacağı da gözlənilir.

Yeni Freelander modelinin əsasını D8 modul platformasının qısaldılmış variantı təşkil edəcəkdir. Xatırladaq ki, bu platformada Discovery Sport, Range Rover Evoque və Jaguar E-Pace modelləri inşa edilib. Özü də istehsalçı krossoveri üç variantda buraxmaq niyyətindədir: birinci variant sırf utilitar xarakter daşıyacaq və Defender xəttinə daxil olacaqdır. İkinci variant adi Land Rover modeli olmalıdır. Üçüncü variant isə dəbdəbəli Range Rover xəttinə qoşulacaqdır.

Yeni krossoverin uzunluğunun 4200 millimetrdən çox olmayacağı ehtimal edilir. Xatırladaq kiŞ Land Rover Freelander modelinin qabarit uzunluğu 4420 millimetr təşkil edirdi. Yeni Freelander Audi Q2, Jeep Renegade və Mini Countryman modelləri ilə rəqabət aparacaqdır. Yeni krossoverin 2021-ci ildə satışa çıxarılacağı gözlənilir. Əvvəllər Land Rover şirkətinin Mercedes-Benz X-Class pikapına rəqib olacaq modeli hazırladığı da bildirilibdir. Pikap da utilitardan tutmuş dəbdəbəli varianta kimi təklif ediləcəkdir.

ДРУГИЕ СТАТЬИ