Hyundai Santa Fe top modifikasiyaya sahib olub

Bu ilin fevral ayında təqdim edilən Hyundai Santa Fe modeli Inspiration adlı top-variantına sahib olub. Bu modifikasiya salonun daha zəngin tərtibatı, əlavə səs-küy izolyasiyası və eksteryerin yeni tərtibatı ilə fərqlənir.

Zahiri cəhətdən top modifikasiyanı kuzovla eyni rəngə boyanmış yan plastik örtmələrdən ayırd etmək olar. Adi Santa Fe modelində bu elementlər rənglənməmiş plastikdəndir. Bundan başqa, ön bamperin altındakı gümüşü ətəyin forması da dəyişdirilib – artıq ətəc ön tərəfi tamamilə tutur.

Əlavə olaraq, xromla örtülmüş radiator barmaqlığını, yan güzgülərdəki gümüşü örtmələri və Continental şinləri ilə təchiz edilən xüsusi dizaynlı 19-düymlük təkər disklərini göstərmək mümkündür. Eyni zamanda, arxa bamperin küçlərində yerləşdirilmiş səsboğucu sistemin çıxış borularını kiçik müdafiə panelini də qeyd etmək gərəkdir.

Əsas dəyişikliklər isə interyerdədir: oturacaqlar tünd-qırmızı tikişli dəri ilə üzlənmiş və alkantaradan əlavələrə malikdirlər. İkiqatlı şüşələrin köməyi ilə salonun səs izolyasiyası gücləndirilibdir. Bundan başqa, ötürmə qutusunun sükanaltı dəstəkləri də peyda olubdur.

ДРУГИЕ СТАТЬИ