2016-cı ildə Volkswagen T-Cross Breeze konseptini təqdim edən zaman alman markasının rəhbəri Herbert Diss belə söyləmişdir: “Bu an Breeze sırf konseptdir, lakin, belə bir kabrioleti bazara çıxarıcağımızı asanlıqla təssəvvür edə bilərik”.

Almanlar verdikləri sözün üstündə durublar. Sübut? Buyurun, bu da seriya modelinin ilk fotoşəkilləri. Doğrudur, artıq T-Cross adı başqa modelə qismət olsa da, kabriolet üçün ad seçmək çətin olmayacaqdır. Məsələn, T-Roc Cabrio və ya T-Roc Breeze də pis səslənmir.

Avtomobilin ön hissəsi güclü kamuflyaja malik olasa da, onun T-Roc modeli ilə bənzərlik daşıdığını görmək mümkündür. Avtomobilin orta hissəsi isə tam orijinaldır: dörd əvəzinə iki qapı, qatlanan yumşaq tavan və spoylerə malik olan baqaj qapağı. Beşqapılı T-Roc modeli ilə bənzəlik arxa bamper və işıq texnikasında da davam etdirilibdir.

Məntiqə dayansaq, T-Roc Cabrio da adi krossoverin təchiz edildiyi mühərrik çeşidinə sahib olacaqdır. Bunlar 115 – 190 at qüvvəsi arasında gücə malik olan benzin və dizel mühərrikləridir. Yeni kabrioletin debütü isə 2019-cu ildə baş tutmalıdır. Onun istehsalı isə alman istehsalçısının Osnabryükedəki zavodunda yerləşdiriləcəkdir.