Yeni nəsil Aston Martin Vantage kupesinin təqdimatından qəsa müddət keçməsinə baxmayaraq bir çoxlarını düşündürən bir məsələ var. Vantage shooting brake kuzovu ilə necə görünər?

Aston Martin brendi altında "şutinq-breyk" kuzovlu avtomobillər hər zaman mövcud olub. Misal olaraq, elə 1992-1993-cü illərdə istehsal edilən Aston Martin Virage Shooting Brake modelini götürək. Bu avtomobillər bir çoxları tərəfindən birmənalı qarşılanmasa da, bu avtomobillərində xiridarları hər zaman tapılıbıdr. Hətta, Zagato atelyesi də belə kuzova malik olan avtomobili buraxmaq həvəsindən imtina edə bilməyib.

Bu günlərdə, Autograph oxucularına tanış olan rusiyalı dizayner Nikita Aksyonov yeni Aston Martin Vantage Shooting Brake modelinə olan baxışını nümayiş etdirib. Qeyd etmək lazııdır ki, Nikiatanın təklif etdiyi "şutinq breyk", Zagato atelyesinin təklif etdiyi dizayn üslubu ilə bənzərlik daşıyır. Britaniya istehsalçının Vantage modeli barədə gələcək palnları bizə məlum olmasa da, belə kuzova malik olan kupenin buraxılması heç də pis olmazdı. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt