Bu gün Audi şirkəti qarşıdan gələn Frankfurt avtosalonunda debüt edəcək prototiplər haqqında söhbət açıb. Onalardan biri, avtonom idarəetmənin dördüncü dərəcəsini təmin edən avadanlıqlarla təchiz edilib. Bu dərəcə elektronikaya, 130 km/saat həddində, avtomobili idarə etmək imkanı verir.

İkinci prototip isə, idarəetmə prosesində insanın iştirakını tələb etməyən beşinci dərəcə avtonom idarəetmə sistemi ilə təchiz edilib.  Konsept avtomobillərinin adları açıqlanmayıb. Dördüncü dərəcə avtonomluğa malik olan Audi e-tron Sportback prototipi aprel ayında nümayiş etdirilmişdi. 4,9 metrlik avtomobil,  ümumi gücü  503 at qüvvəsi olan üç elektrik mühərriki ilə hərəkətə gəlir. Bu avtomobil bulud xidmətləri və digər hərəkət iştirakçıları, həmçinin Audi pilotsuz avtomobillərində istifadə edilən zFAS “beyni” ilə qarşılıqlı əlaqə yaratmaq imkan verən sistemlər ilə təchiz ediləcəkdir. Bütün bunlar avtomobilə öz biliyini artırmağa imkan verəcəkdir.

İkinci prototip isə D seqmentinə aid olan elektomobil olacaqdır. Onun dörd elektrik mühərriki mövcuddur. Konsept avtomobilinin yürüş məsafəsi 700-800 kilometr olacaqdır. Bu avtomobili idarə etmək üçün insanın iştirakı gərək deyil. Audi prototipləri barədə əlavə məlumat verilməyib.

Bu gün Audi şirkətinin model xəttində üçüncü dərəcə avtonom idarəetmə sistemi ilə təchiz edilən avtomobil mövcuddur. Bu yeni nəsil bayraqdar Audi A8 sedanıdır. Bununla belə, bu sistemdən istifadə etmək hələlik mükün deyil. Səbəb – belə sistemlərin istifadəsi üçün müvafiq qanunvericiliyin olmamasıdır.