Böyük Britaniyada E Classic tərtibatına malik olan MINI Cooper elektrik hetçbekinin satışına başlanılıb. Yenilik orijinal SE versiyasından tutumu 25% azaldılmış dartma batareyası, gücü 34 at qüvvəsi azaldılmış elektrik mühərriki və avadanlıq siyahısı ilə fərqlənir. Cooper E Classic versiyasının qiyməti 30 min funt sterlinqdir, lakin 17 düymlük təkər diskləri və firma sarı kuzov rəngi üçün əlavə olaraq 550 funt sterlinq ödəmək gərəkdir.

MINI Cooper E Classic xüsusiyyətləri baxımından ən təvazökar olan versiyadır: öndə 184 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən elektrik mühərriki quraşdırılıb, 40,7 kilovat-saat tutumu olan batareya isə, enerji doldurmadan 305 kilometr ( WLTP) qət etməyə imkan verir. Elektrik enerjisinin sərfiyyatı 100 kilometrə təxminən 14 kilovat-saatdır. 75 kilovatlıq şəbəkəyə qoşularaq batareyanı 10-dan 80 faizə qədər doldurmaq üçün yarım saat kifayət edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Reklamdakı qiymət, MINI Cooper E Classic modelinin yüksək profilli şinləri olan 16-düymlük təkər diskləri təchiz ediləcəyindən, kuzovun isə, adi rəngə boyanacağndan xəbər verir. Bununla belə, ağ və ya qara damı və güzgü korpusları olan ikirəngli boyama sxemi üçün əlavə ödəniş tələb etmir, dəyirmi 9,4-düymlük sensorlu ekranı olan mediasistemi isə, standart təchizata daxildir. Baza versiyanın salonu perforasiya edilmiş süni dəri ilə üzlənir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.