Böyük Britaniya bazarına Golf hetçbekinin Black Edition adlı xüsusi versiyası çıxır. Eksklüziv hetçbek digər təchizat səviyyələrindən qara dekoru ilə fərqlənir. Belə hetçbek orijinal dizaynlı qara təkər disklərinə və tünd şüşələrə malikdir, onun rəng palitrasındakı yeganə çalar isə, əlbəttə ki, qara rəngdir. Golf Black Edition hetçbekinin qiyməti 31.985 funt sterlinqdir.

Volkswagen Golf modelinin qara nəşri R-Line təchizat səviyyəsinə əsaslanır və üç versiyada mövcuddur. Ən əlçatan hetçbek 1,5 litrlik turbomühərrik və mexaniki ötürmələr qutusu, bir qədər bahalısı - “mülayim hibrid” güc qurğusu, top versiyası isə 187 at qüvvəli 2,0-litrlik turbomühərrik, avtomatik transmissiya və tam ötürmə ilə təklif edilir.

Image alt Image alt Image alt Image alt

Black Edition xüsusi veriyası hazırki səkkizinci nəsil Golf üçün sonunculardan biri ola bilər. Yaxın gələcəkdə model restaylinq edilməlidir: yenilənmiş hetçbek tündləşdirilmiş optikaya, yeni arxa işıqlara və fərqli mərkəzi hava girişi olan ön bamperə sahib olmalıdır. Salonda daha böyük ekran peyda olacaq, fiziki düymələr isə sükan çarxına qaytarılacaqdır.

Lakin Golf modelinin doqquzuncu nəsli olmayacaq. Golf modelinin səkkizinci nəslinin həyat dövrü başa çatdıqdan sonra (bu, bu onilliyin ortalarında baş verəcək) onun istehsalı dayandıracaqlar. Bununla yanaşı, şirkət Golf adından imtina etmək niyyətində deyil - şayiələrə görə, o miras olaraq elektromobilə keçəcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.