Çin korporasiyasının mətbuat xidməti yeni modelin interyer şəkillərini paylaşaraq, yerli jurnalistləri seriyaöncəsi kross-kupe ilə tanış edib. Song L adlanan modelin interyeri digər BYD elektromobillərinin ruhunda tərtibata malikdir: burada minimalist dizayn, virtual cihazlar panelinin və multimedia sisteminin süzən ekranları, bir neçə aparat düymələri, sanballı tərtibat materialları diqqəti çəkir. Satışların başlanğıcında arxa və tam ötürməli versiyalarin təklif olunacağı gözlənilir.

BYD Song L modelinin interyerinin xüsusiyyətlərinə son dövrlərdə dəbə minmiş sensorlu düymələri olmayan sükan çarxı, mərkəzi hava kanallarının maraqlı dizaynı, quraşdırılmış baş dayaqları olan oturacaqlar və ön sağ oturacağı arxadan tənzimləmək üçün onun yan tərəfində quraşdırılmış düymələr daxildir. Yeni model yığcam görünsə də, əslində ölçüləri onun təsiredicidir: krossoverin uzunluğu 4,85 metr, təkər bazası - 2,93 metrdir.

Eksteryer dizaynında heç bir sürpriz yoxdur: BYD aqressiv kuzov dəstləri olmayan axıntılı kuzova üstünlük verir. Kataloqa əsasən, WLTC standartına uyğun olaraq 550, 602 və ya 662 kilometr yürüş ehtiyatına malik olan üç versiya hazırlanır, lakin iki dartma batareyası olacaq: 71 və ya 82 kilovat-saat.

BYD Song L modelinin arxaötürməli baza versiyası çox güman ki, arxada quraşdırılmış 313 at qüvvəsi hasil edən elektrik mühərriki, tamötürməli top versiyası isə, 517 at qüvvəli ikimühərrikli güc aqreqatı ilə təchiz ediləcək. BYD ilin sonuna qədər spesifikasiyaları təsdiqləməyi, komplektasiyalar və qiymətlər haqqında ətraflı məlumat verməyi planlaşdırır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çin bazarında ən çox satılan modellərin ilk onluğunda altı BYD hibrid və elektrik avtomobili var. Yeni model isə, avtonəhəngin mövqeyini gücləndirməlidir. İlin sonuna qədər Çin korporasiyası Teslanı keçərək, daxili yanma mühərrikləri olmayan avtomobillər seqmentində yeganə liderə çevrilə bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.