Yaponiyanın Mitsuoka şirkəti səksəninci illərin sonundan etibarən istehsal edilən avtomobillərin dəyişdirilməsi üzrə ixtisaslaşıb. Yapon şirkəti 1994-cü ildə avtomobil istehsalçısı statusunu alsa da, onun ümumi tarixi artıq 55 ilə çatır. Yaponlar bu əlamətdar hadisəni qeyd etmək üçün unikal hədiyyə - Mitsuoka M55 konseptini hazırlayıb.

Ön tərəfdən konsept hazırkı Dodge Challenger kupesi və ya klassik Lancia Delta Integrale hetçbekinə bənzəyir, lakin tərtibatçıların ideyası bir qədər genişdir. Mitsuoka M55 konsepti o dövrdə şirkətin həmyaşıdlarının ən böyük arzusu olan yetmişinci illərin ən dəbli avtomobillərinin estetikasını əks etdirir. Özü də onların mütləq amerikan maslkarları olması məcburi deyil: məsələn, 1973-cü il Mitsubishi Galant GTO kupesini götürək.

Düzdür, Mitsubishi hazırda Yaponiyada ənənəvi minik avtomobillərini istehsal etmir və satmır. Buna görə də, Mitsuoka M55 konsepti cari nəsil Honda Civic hetçbekinə əsaslanır. Avtomobilin təkcə ön hissəsi deyil, arxa hissəsi də tamamilə yenidən işlənib: arxa çıxış artırılıb, orijinal işıqlar quraşdırılıb, arxa şüşə isə, o dövrə xas olan barmaqlıq ilə örtülüb.

Civic modelinin salonunda yalnız oturacaqların üzlükləri dəyişdirilib. Mitsuoka konseptin texniki hissəsi haqqında ümumiyyətlə heç nə deməyib. Bununla belə, 6-pilləli mexaniki ötürmələr qutusu və bir sıra digər əlamətlər, konseptin əsası olaraq 182 at qüvvəli 1,5-litrlik turbomühərriki və baza təchizatı olan modelin götürüldüyündən xəbər verir. Belə hetçbeklər Yaponiyada 2021-ci ildən satışdadırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hələlik Mitsuoka M55 modeli yeganə nüsxədə hazırlanıb və yaxın aylarda şirkətin müxtəlif salonlarında ictimaiyyətə nümayiş etdiriləcək. Belə avtomobilin seriya istehsalına başlamaq haqqında qərar hələlik qəbul edilməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.