Porsche şirkəti yeni Panamera modelinin rəsmi təqdimatı öncəsi, onun interyer şəkillərini dərc edib. Bu, avtomobil haqqında ilk məlumat deyil: hələ sentyabrın ortalarında son yol sınaqları keçirilib və bəzi texniki detallar dərc olunub.

Gözlənildiyi kimi, Panamera modeli ilk dəfə Taycan elektromobilində sınaqdan keçirilmiş və bu yazda yenilənmiş Cayenne krossoverinə köçürülmüş Porsche Driver Experience arxitekturasından istifadə edəcək. Ön paneldə 12,3-düymlük cihazlar panelinin günəşliksiz əyri ekranı, ön sərnişinin qarşısında isə multimedia sisteminin fərdi displeyi var. 

Transmissiyanın selektoru mərkəzi tuneldən ön panelə keçib və bununla da saxlanc bölmələri üçün yer boşalıb. Klimat-kontrolun blokunda bir neçə klassik tumbler var, lakin düymələrin əksəriyyəti sensorludur.

Porsche pərəstişkarlarının heç də hamısının təqdir etməyəcəyi bir nəzərəçarpacaq dəyişiklik var: Cayenne modelində olduğu kimi, sükan çarxının solunda yerləşən mühərriki işə salma tutacağı öz yerini adi düyməyə verib.

Artıq xəbər verdiyimiz kimi, yeni Panamera bir çox texniki yeniliklərə sahib olacaq. Əsas üstünlük hibrid istiqamətin inkişafına verilib: artıq seçmək üçün dörd təkrar doldurulan hibrid olacaq. Bununla belə, V6 və V8 benzin turbomühərrikləri saxlanılacaqlar, 4,0-litrlik V8 mühərrikini hətta ciddi şəkildə yenidən işləyəcəklər.

Elektrik komponentləri də təkmilləşdirilib: hibrid versiyalardakı dartma elektrik mühərriki indi yeni səkkiz pilləli PDK “robotuna” tam şəkildə inteqrasiya olunub. Bundan əlavə, Panamera yaylı baza asqısını itirəcək – iki variantda pnevmatik asqı təklif ediləcək. Yeni modelin debütü noyabrın 24-nə planlaşdırılıb və onun təqdimatı Dubayda baş tutmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.