Yapon istehsalçısının ABŞ-dakı rəsmi saytında maraqlı bir cədvəl peyda olub. Cədvəldə Prado ofrouderinin hibrid versiyasının qarışıq rejimdə təxmin edilən yanacaq sərfiyyatı göstərilir: bir qalona 27 mil. Avropada işlənilən göstəricilərə çevirdikdə, Land Cruiser Prado modelinin 100 kilometrə 8,7 litr benzin sərf edəcəyi məlum olur. Səmərəliliyin sirri 8-pilləli avtomatik transmissiyaya quraşdırılmış elektrik mühərriki olan i-Force Max güc qurğusudur.

Toyota şirkətinin rəsmi saytındakı mesaj sadəcə səmərəlilik üzrə təlimatdır və müxtəlif şəraitdə yanacaq sərfiyyatı ilə bağlı real məlumatlar yeni Land Cruiser modelinin yerli EPA standartına əsasən aparılacaq sertifikatlaşdırılmasından sonra dərc ediləcək. Bildiriyimiz kimi, əksər hallarda avtomobil istehsalçıları özlərini sığortalayaraq, rəqəmləri bir qədər çox göstərirlər.

Əvvəlki Land Cruiser Prado ABŞ-da satılmayıb, V8 benzin mühərrikli Land Cruiser 200 modelinin bir qallonla 17 mil (100 kilometrə 13,8 litr) qət etdiyi məlumdur. Yeni ofrouder ən qənaətcil orta ölçülü model adına iddialı ola bilər, çünki Ford Bronco, Land Rover Defender 110 və hətta Jeep Wrangler 4xe daha “qarınquludurlar” və qarışıq rejimdə 100 kilometrə 11,7-13,8 litr benzin sərf edirlər.

Eyni zamanda, i-Force Max hibrid güc aqreqatı çox məhsuldardır: onun pik hasilatı 331 at qüvvəsi və 650 Nm təşkil edir. 2,4-litrlik “turbodördlüyə” əsaslanan oxşar sistem Toyota Tacoma pikapı üçün də bəyan edilib və o təkcə Jeep, Ford və Chevrolet markalarından olan çərçivəli rəqiblərindən deyil, həm də daşıyıcı kuzovlu yüngül Honda Ridgeline pikapından daha qənaətcil ola bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.