Warner Bros.Pictures kinoşirkəti YouTube kanalında «Ədalət liqası» kinofilminin növbəti tizerini dərc etmişdir. Filmin ilk nümayişi bu ilin 17 noyabr tarixində baş tutacaqdır. Videoçarxda filmin baş qəhrəmani olan Bətmənin yeni avtomobili də nümayiş etdirilir.

Eyni adlı komiks əsasında superqəhrəmanlar barədə çəkilmiş filmin rejissoru Zak Snayderdir.

Bir müddət  bundan əvvəl rejissor internetdə bətmobilin görüntüsünü yayməşdə. Bundan başqa, Warner Bros. Pictures kinoşirkəti də keçən ilk superqəhrəmanın avtomobilinin şəklini dərc etmişdir. Bətmənin avtomobili avtomatik tüfəng, top və raket qurğuları ilə təchiz edilmişdir. Gözlənilənlərə görə, avtomobili «Ədalət liqasının» komandasına məxsus olan «Uçan tülkü» adlı dirijabl ilə nəql edəcəkdirlər.  Komandaya Bətməndən savayı Möcüzə-qadın, Akvamən, Kiborq və Fləş daxildirlər.

Filmdə daha bir maşın peyda olacaqdır ki, bu da tək yerlik «Torpaq qurdudur».