Nissan şirkəti Çin bazarı üçün nəzərdə tutulmuş X-Trail modelinin yenilənmiş variantını təqdim etmişdir. Buna baxmayaraq, digər bazarlarda təklif ediləcək X-Trail modelləri də eyni görünüşə malik olacaqdırlar.

Qeyd etmək lazımdır ki, bənzər dizayna malik olan Nissan Rogue modeli artıq ABŞ bazarında keçən ilin sentyabrından satılır. Yenilənmiş X-Trail krossoveri sələfindən əsasən ön hissəsinin dizaynı ilə seçilir. Krossover işıqdiodlarından gündüz hərəkət işıqları olan fənərlərin yeni formasına, dəyişdirilmiş bamperlərə və radiator barmaqlığına sahib olmuşdur. Avtomobilin salonunda baş vermiş ən nəzərə çarpan dəyişiklik Nissan GT-R superkarının üslubunda olan üçqollu sükan çarxıdır.

Avtomobil texniki cəhətdən dəyişikliklərə məruz qalmamışdır. Çin bazarında Nissan X-Trail öndən və tam çəkiş sistemi, yeddi yerlik modifikasiyada, həmçinin 150 və 186 at qüvvəli 2,0 və 2,5-litrlik mühərriklə ilə təklif edilir. Yenilənmiş Nissan X-Trail krossoveri gələn aydan başlayaraq  Çin bazarında satılmağa başlayacaqdır. Bizim bazara avtomobilin nə zaman gətiriləcəyi hələlik məlum deyildir.

Bizim bazarda X-Trail 170 at qüvvəli 2,5-litrlik mühərriklə təklif edilir.

Image alt Image alt Image alt