BMW şirkəti Facebook sosial şəbəkəsindəki səhifəsində yeni avtomobilin tizerini dərc edib. Açıq kuzovlu avtomobil 17 avqust tarixində təqdim ediləcəkdir.

Bununla belə, alman istehsalçısı yeni model barədə heç bir məlumat verməyib. Ehtimallara görə, bu Kaliforniyada keçirilən Pebble Beach Concours d’Elegnace zəriflik müsabiqəsində nümayiş etdirmək üçün hazırlanmış konseptdir.

Xatırladaq ki, müsabiqə avqustun 20-si tarixində keçiriləcəkdir. BMW şirkəti hər zaman bu festivala yeni işlərini gətirir. Keçən il alman markası bu müsabiqədə 2002 Hommage prototipini nümayiş etdirmişdi.

Konsept alman istehsalçısının ilk turbomühərrikli seriya modeli olan BMW 2002 Turbo modelinə həsr edilmişdi.

İki il bundan öncə, müsabiqədə 3.0 CSL Hommage konseptini, ondan əvvəl isə M4 modelinin seriyaöncəsi variantını və Zagato atelyesi ilə birlikdə hazırladığı rodsteri nümayiş etdirmişdi. Yeni konseptin Toyota şirkəti ilə birgə hazırlanan modelin carçısının olacağı da istisna edilmir. Bu rodster Z4 adlandırılacaq və gələn il Avstriyada istehsalına başlanacaqdır.