İyul ayının üçündə Almaniyada «Çempionlar xeyriyyəçilik uğrunda» layihəsi çərçivəsində futbol oyunu təşkil ediləcəkdir. Bu oyundan əldə edilən vəsait Keep Fighting təşkilatına və Dirk Novitskinin fonduna köçürüləcəkdir.

Məşhur idmançılar basketbol ulduzu Dirk Novtski və Mixael Şumaxerin yaxınları tərəfindən yaradılmış Keep Fighting layihəsinin birgə tədbiri olan futbol oyununda birlikdə iştirak edəcəkdirlər. Bildiyimiz kimi, Formula 1 üzrə yeddiqat dünya çempionu 2013-cü ilin sonunda Fransadakı dağ-xizəyi enişində başından ağır xəsarətlər almış və indiyə kimi sağlamlığını bərpa etməyə çalışır. Mixael Şumaxerin oğlu və Formula 3 çempionatında çıxış edən Mik Şumaxer də bu matça qatılacaqdır. Meydançaya Dirk Novitski, F1 üzrə dünya çempionu Mika Hakkinen və məşhur futbolçu Miroslav Kloze də çıxacaqdırlar. «Mənim üçün «Çempionlar xeyriyyəçilik uğrunda» tədbirində iştirak etmək çox vacibdir. Keçən il matç çox əla alınmışdı. Xeyriyyəçilik tədbirini dəstəkləmək çox xoşdur. Vacib məqsəd və həzzin vəhdəti əla bir hissdir. Mən çox şadam ki, Dirk və başqa iştirakçılar, həmçinin tamaşaçılar bu nəzər nöqtəsini dəstəkləyirlər. Səbirsizliklə bu maraqlı oyunu gözləyirəm».

İlk dəfə «Çempionlar xeyriyyəçilik uğrunda» oyunu keçən il baş tutmuşdu və tribunalarda 25 min izləyicini toplamışdır. 

Image alt Image alt Image alt Image alt