Aston Martin şirkəti «Q» bölümü tərəfindən təklif edilən eksklyuziv təkmilləşdirmələr proqramlarının çeşidinin artıtılacağı barədə rəsmi bəyanatla çıxış etmişdir. Bu bölümün imkanlarını nümayiş etdirmək məqsədi ilə, istehsalçı Cenevrə avtosalonuna xüsusi hazırlanmış Aston Martin DB11 modelini gətirmək niyyətindədir.

Belə bir praktika bir çox dəbdəbəli və ya idman avtomobilləri istehsal edən şirkətlərdə də mövcuddur. Buna misal olaraq, Ferrari şirkətinin Tailor Made bölümünü göstərmək olar.

Aston Martin şirkətindən «Q» bölümünün hazırladığı avtomobillərin ən tələbkar müştərilərin istəklərinə cavab verdiklərini bildirmişdirlər. Fərdiləşdirmə proqramı çərçivəsində Aston Martin şirkəti müştərilərinə unikal təkər disklərinin geniş çeşidini, ən eksklyuziv rəng sxemlərini və «mükəmməl» avtomobil yaradacaq əlavə aksessuarlar dəstini təklif edəcəkdir.

Bu proqram çərçivəsində hazırlanmış və Cenevrədə nümayiş etdiriləcək Aston Martin DB11 superkarı eksklyuziv Zaffer Blue rənginə boyanmışdır. Avtomobil orijinal təkər disklərinə sahib olmuş, onun salonu isə «yüksək kefiyyətli materiallar» ilə işlənmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt