Porsche şirkəti çoxdan gözlənilən Panamera Sport Turismo modelini təqdim etmişdir. Seriya öncəsi variantı 2012-ci ilin Paris avtosalonunda təqdim edilmiş yeni Panamera modelinin seriya variantının kütləvi təqdimat mərasimi Cenevrədə keçiriləcək 87-ci Beynəlxalq avtomobil sərgisində baş tutacaqdır.

Yeni Panamera Sport Turismo modeli ikinci nəsil Porsche Panamera modelinin bazasında hazırlamışdırlar. Sport Turismo modelinin qabarit uzunluğu 5049 millimetr, eni - 1937 millimetr, hündürlüyü isə 1428 millimetrdir. Avtomobilin təkər bazasının uzunluğu 2950 millimetr təşkil edir. Beləliklə yeni model Panamera liftbeki ilə eyni ölçülərə malikdir. Yeganə fərq avtomobillərin hündürlüyündədir - universal liftbekdən 5 millimetr hündürdür. Porsche Panamera Sport Turismo modelinin baqaj bölümünün həcmi 520 litr təşkil edir. Bu liftbek modelində olduğundan 20 litr çoxdur.

Avtomobilin hibrid güc aqreqatı ilə təchiz edilmiş variantda bu rəqəm 425 litrə bərabərdir.  Oturacaqların qatlanması halında isə baqajın həcmi müvafiq olaraq 1390 və 1295 litrə qədər artır. İstehsalçı Sport Turismo modelini 4+1 formulu üzrə oturacaqlara malik olan avtomobil kimi səciyyələndirir. Porsche nümayəndələri Panamera Sport Turismo modelinin arxa hissədə üç oturacağı olan ilk Panamera modeli olduğunu vurğulayırlar.

Əlbəttə ki, iki ayrı oturacağı olan ikinci cərgəni də sifariş etmək mümkün olacaqdır.

Universal baqaj qapağının yuxarı hissəsində quraşdırılmış aktiv spoylerlə təchiz edilmişdir ki, 170 km/saat həddinə kimi sürətlərdə bu spoyler yeddi dərəcə aşağı enərək kuzovun aerodinamik müqavimətini azaldır.

170 km/saat həddini aşdıqda isə, əksinə olaraq, spoyler bir dərəcə yuxarı qalxır. Sport və Sport Plus rejimləri aktiv edildikdə spoyler 90 km/saat sürətində avtomatik olaraq yuxarı qalxır. Bu qanaddan, eyni zamanda, səs səviyyəsinin azaldılması üçün də istifadə edilir. 90 km/saat sürətində açıq lyukla hərəkət edən zaman, qanad 26 dərəcə yuxarı qalxaraq salona daxil olan səsin azaldılmasını təmin edir. Satışları başlayan andan Porsche Panamera Sport Turismo beş modifikasiyada təklif ediləcəkdir: Panamera 4 Sport Turismo (330 at qüvvəsi), Panamera 4 E-Hybrid Sport Turismo (462 at qüvvəsi), Panamera 4S Sport Turismo (440 at qüvvəsi), Panamera 4S Diesel Sport Turismo (422 at qüvvəsi) və Panamera Turbo Sport Turismo (550 at qüvvəsi). Avtomobilin Almaniyadakı satışlarına bu ilin oktyabrında başlanmalıdır.

Porsche Bakı Mərkəzindən verilən məlumata əsasən Panamera Sport Turismo modelinin Azərbaycandakı satışlarına bu ilin sonunda başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt