Mercedes-Benz şirkəti E-Class kabrioletinin yeni nəslini təqdim etmişdir. Kabriolet yenilənmiş E-Class ailəsinin dördüncü üzvü olmuşdur. Yeni kabrioletin kütləvi təqdimat mərasimi bu günlərdə işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Mercedes-Benz E-Class Cabriolet modeli tünd qəhvəyi, göy, qırmızı və yaxud qara rəngli yumşaq tavanla təchiz edilə bilər.

Tavanın açılması prosesi tamamilə avtomatlaşdırılmışdır və onun açılıb-bağlanması üçün 20 saniyə vaxt tələb olunur. Bu əməliyyatı 50 km/saat sürətində həyata keçirmək mümkündür. Yığılan tavan avtomobilin baqaj bölümündəki xüsusi hissəyə qatlanır. Baqaj bölümünün standart həcmi 385 litr təşkil edir. Tavanın yığılması halında isə bu rəqəm 310 litrə qədər azalır. Kabrioletin qabarit uzunluğu 4826 millimetr, eni - 1860 millimetr, hündürlüyü isə 1428 millimetr təşkil edir. E-Class Cabriolet modelinin təkər bazasının uzunluğu 2873 millimetrə bərabərdir.

Beləliklə, yeni kabriolet sələfindən 123 millimetr uzun, 74 millimetr enli və 30 millimetr hündürdür. Təkər bazasının uzunluğu da 113 millimetr artmışdır.

Kuzovun sərtliyini artırmaq məqsədi ilə, mühəndislər avtomobilin döşəməsini və ön hissəsini gücləndirmişdirlər. Kuzov elementlərinin əksər hissəsi alüminium və parça poladdan hazırlanmışdır. Alüminiumdan, misal üçün, ön qanadlar, kapot, və baqaj qapağı hazırlanmışdır. Kabriolet həmçinin, alın şüşəsini yuxarısında quraşdırılmış və hava axınının salona daxil olmasının qarşısını alan günlük, sürücü və sərnişinlərin boyun hissəsinə isiti hava üfürən sistemlə də təchiz edilmişdir.

Yeni kabrioletin təchizatına çoxkameralı pnevmatik asma, idarəetmə elektronikasının rejimlərinin seçilməsi sistemi, şüşəsilənlərə quraşdırılmış su vuranlar, aşma zamanı müdafiə sistemi, Comand Online multimedia sistemi və işıqdiodlarından fənərlər daxildir. Kabriloet E-Class Coupe modeli ilə mühərrik qammasını bölüşəcəkdir. 9-pilləli avtomatik ötürmələr qutusu və 4Matic tam çəkiş sistemi də kabrioletin avadanlıq siyahısına daxil edilmişdir.   

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt