Volkswagen şirkəti ikinci nəsil Tiguan modelinin uzun bazalı variantı olan və Avropa bazarı üçün nəzərdə tutulmuş Allspace modifikasiyasını təqdim etmişdir. Yeni krossoverin kütləvi təqdimat mərasimi bu günlərdə qapılarını ziyarətçilərin üzünə açacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Tiguan Allspace modelinin təkər bazasının uzunluğu adi krossoverdə olduğundan 109 millimetr çoxdur. Bu o deməkdir ki, Tiguan Allspace modelinin təkər bazasının uzunluğu 2790 millimetrə bərabərdir. Eyni zamanda, Volkswagen Tiguan Allspace modelinin qabarit uzunluğu adi krossoverə nisbətən 215 millimetr artıraq  4701 millimetrə bərabər olmuşdur. Bundan əlavə, Tiguan Allspace modelinin arxa çıxıntısı da 106 millimetr artırılmışdır. Krossoverin artmış ölçüləri sayəsində arxa sərnişinlərin ayaq zonasındakı məkan da 60 millimetr çoxalmışdır.  Əlbəttə ki, Volkswagen Tiguan Allspace modeli həm beş, həm də yeddi yerlik salonla təklif ediləcəkdir. İkinci cərgənin oturacaqlarını irəli-geri sürüşdürmək də mümkündür. 

Birinci halda baqaj bölümünün həcmi 760 litr təşkil edəcəkdir. İkinci cərgənin qatlanması halında bu rəqəm 1920 litrə qədər arta bilər. Yeddi yerlik modifikasiyanın baqajı 230 litr təklif edir. Üçüncü cərgənin qatlanması halında baqaj 700 litrlik həcmə malik olur. Hər iki arxa cərgənin qatlanması baqaja 1775 litrlik həcm verir.Qısa bazalı Tiguan modelində olduğu kimi, Avropada təklif ediləcək Tiguan Allspace modifikasiyası həm öndən çəkiş, həm də tam çəkişli transmissiya ilə təklif ediləcəkdir. Tiguan Allspace modelinin mühərrik çeşidinə üç benzin və üç dizel mühərriki daxil olcaqdır.  Benzin mühərrikləri 150, 180 və 220 at qüvvəsi, dizel güc aqreqatları isə 150, 190 və 240 at qüvvəsi ilə təklif edəcəkdirlər. Güc aqreqatları iki muftalı robotlaşdırılmış DSG ötürmələr qutusu ilə birgə çalışacaqdırlar. 150 at qüvvəli mühərriklər ilə komplektləşdirilmiş  krossoverlər istisna olmaqla, qalan modifikasiyalar tam çəkiş sistemi ilə standart olaraq təchiz ediləcəkdirlər.

Volkswagen şirkəti Tiguan Allspace modeli üçün iki eksteryer tərtibatını təklif edir - adi və yolsuzluq üçün. Sonuncu halda avtomobil giriş bucağını yeddi dəcərə artlran ön bamperi əldə etmiş oldur. Bütün Tiguan modellərinin avadanlıq siyahısına Android Auto, Apple CarPlay və MirrirLink əlavələrini dəstəkləyən multimedia sistemi, naviqasiya sistemi, adaptiv kruiz-kontrol, zolaqlara nəzarət, piyadaları aşkarlayaraq öndən toqquşmaları xəbərdar edən və avtomatik əyləcləməni həyata keçirən sistemlər, həmçinin virtual cihazlar paneli də daxil edilmişdir. Avtomobilin Avropadakı satışları bu ilin sentyabrında başlanacaqdır. Volkswagen Tiguan Allspace modelinin Azərbaycan bazarındakı satışlarına ilin sonunda start veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt