BMW avtomobillərinin ən tanınmış tünerlərindən biri olan Alpina şirkəti Cenevrə avtosalonunda 3-Series və 4-Series ailəsindən olan modellərin təkmilləşdirilmiş variantlarını nümayiş etdirəcəkdir. B3 və B4 Biturbo adını almış avtomobillərin S indeksli variantları 440 at qüvvəli mühərriki əldə etmişdirlər.

Təkmilləşdirilmiş sedan, universal və kupe modellərinin kapotunun altında yerləşdirilmiş 3,0-litrlik altı silindrli biturbomühərrik adi B3 və B4 modellərindən olduğundan 30 at qüvvəsi güclüdür. İki turbokompressorla təchiz edilmiş mühərrik 660 Nm (+ 60Nm) fırlanma anı təklif edir. Güc aqreqatı səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.

Arxadan çəkişli Alpina B4 S kupesi 100 km/saat həddinə 4,2 saniyəyə sürətlənir. Tam çəkişli kupe isə bu tapşırığa 3,9 saniyə sərf edir. B3 və B4 modellərinin S variantları müvafiq olaraq sedan və universal, yaxud kupe və kabriloet kuzovları ilə təklif ediləcəkdirlər. Bütün hallarda, avtomobillər adi BMW modellərindən təkmilləşdirilmiş mühərriklə yanaşı başqa asma və gücləndirilmiş əyləc sistemləri, həmçinin eksteryer və interyerin xüsusi tərtibatı ilə seçiləcəkdirlər. Hələlik, yalnız B4 S kupesinin qiymətləri məlumdur: arxadan çəkişli kupe üçün 80 min dollar, tam çəkişli model üçün isə 82 min dollar ödəmək gərək olacaqdır. B4 S kabrioletinin qiyməti isə 85 min dollardan başlayır.

Eyni zamanda, Alpina şirkəti Cenevrədə yeni nəsil BMW 5-Series modelinin bazasında hazırlanmış B5 avtomobilini təqdim etməyi planlaşdırır.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt