Citroen şirkəti rəsmi olaraq C3 hetçbekinin yeni nəslini təqdim etmişdir. Yeni Citroen C3 modeli xüsusi ConnectedCam funksiyasını əldə etmişdir ki, bu sistemin köməkliyi ilə yol-nəqliyyat hadisələrinin foto və video çəkilişini aparmaq mümkündür. Salonda olan güzgünün korpusuna iki meqapiksellik kiçik kamera quraşdırılmışdır ki, bu kamera da avtomobilin önündəki məkanın dayanmadan çəkilişini aparır.

Qəza halında, ConnectedCam avtomatik olaraq hadisədən öncə baş verənlərin 30 saniyəlik çəkilişini, hadisədən sonrakıların isə, 60 saniyəlik qeydiyyatını yaddaşda saxlayacaqdır.  Bundan əlavə, sürücü salonda yerləşdirilmiş xüsusi düymənin köməyi ilə fotoşəkilləri çəkmək imkanına malikdir.

O, həmçinin, ətrafın videoçəklişini də apararaq, hazırlanmış qısa çarxları kameranın qoşulduğu internet və GPS vasitəsi ilə sosial şəbəkələrdə yerləşdirə bilər.

Citroen C3 modeli, DS3 hetçbekinin və C4 Cactus krossoverinin şassisinin arxitekturasına yaxın olan təkmilləşdirilmiş A platformasında istehsal edilir. Yeni C3 modelinin qabarit uzunluğu 3,99 metrə bərabərdir. Avtomobil 300 litrlik baqaj bölümünə malikdir.  Yeni Citroen C3 modeli yalnız beşqapılı kuzovla təklif ediləcəkdir.

Fransız şirkətinin mühəndisləri sürücü və sərnişinin təhlükəsizliyini artırmaq üçün, təkmilləşdirilmiş platformada ön oturacaqların altında H-formalı üfüqi dirəklıər tətbiq edərək kuzovun sərtliyini artırmışdırlar. Bununla belə, yeni avtomobil C4 Cactus krossoverindən çoxlu sayda dizayn elementlərini almışdır ki, bunlarında slrasında yüngül qəzalar zamanı avtomobilin yan tərəflərini müdafiə edən AirBump panellərini də göstərmək olar.

Citroen C3 hetçbekinin mühərrik qammasına beş güc aqreqatı daxil edilmişdir. Benzin mühərrikləri 68,82 və 110 at qüvvəsi gücü olan 1,2-litrlik mühərriklərlə təmsil edilir. Dizel aqreqatlarının çeşidinə 75 və 100 at qüvvəli 1,6-litrlik mühərriklər daxildir. Bütün güc aqreqatları “start-stop” sustemi ilə təchiz edilmişdir. İlk zamanlarda mühərriklər mexaniki sürətlər qutusu ilə təchiz ediləcəkdir. Sonradan altı pilləli avtomatik sürətlər qutusu da təklif edəiləcəkdir.

Citroen C3 modeli MirrorLink, Apple CarPlay və Android Auto sistemlərini dəstəkləyən və yeddi düymlük sensorlu ekranı olan məlumat-əyləncə kompleksi ilə təchiz edilir. Digər köməkçi isitemlərin sırasında 3D görünüşlü naviqasiya sistemi, arxa görüntü kamerası, kor zonalara nəzarət və yoxuşda köməklik sistemi də daxildir.  

Yeni Citroen C3 modelinin kütləvi təqdim mərasimi payızda keçiriləcək Paris avtosalonunda keçiriləcəkdir. Yeni modelin Avropadakı satışlarına 2017-ci ilin yanvarında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt