Böyük Britaniyadan olan David Brown Automotive şirkəti Cenevrə avtosalonuna təkmilləşdirilmiş retro üslublu Speedback GT modelini gətirəcəkdir. Jaguar XKR modelinin bazasında hazırlanmış bu avtomobil 2014-cü ildən kiçik seriyalarla istehsal edilir.

Britaniyalıların bildirdiyinə görə, təkmilləşdirilmiş avtomobil 237 yenilənməyə məruz qalmışdır. Belə ki, Jaguar sportkarını retro avtomobilə çevirmək üçün səkkiz min insan-saat vaxt tələb edilir. Qeyd etmək lazımdır ki, donor avtomobildən qalan güc aqreqatı və alın şüşəsinin haşiyəsidir. Speedback GT modeli üçün əl ilə 142 alüminium kuzov paneli hazırlanır və kuzov üzrə işlərin bitməsinə səkkiz həftə vaxt tələb olunur. Retro-kupe 5,0-litrlik üfürməli səkkiz silindrli güc aqreqatı ilə təchiz edilir ki, bu mühərrikin də 510 at qüvvəsi gücü vardır. Speedback GT 100 km/saat sürətini beş saniyədən az bir müddətə toplayır. Avtomobilin maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılmışdır. Hal-hazırda şirkət kupeni daha güclü və sürətli edən opsional idman dəstlərini hazırlamışdır.

Retro avtomobil 495 min funt sterlinqə satılır. Bununla belə, şirkət avtomobillərin istehsalını Koventridən buraxılış sayını yüksəldəcək və yeni əməkdaşların cəlb edilməsini təmin edəcək daha «nüfuzlu» bir məkana köçrmək fikrindədir. Bundan başqa David Brown Automotive model cərgəsini yeni modellərlə genişləndirmək niyyətindədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt