Ərəblərə məxsus olan Devel şirkəti Dubayda keçirilən avtosalonda Sixteen (“On altı”) hiperkarı ilə yanaşı, maraqlı bir yolsuzluq avtomobilinin prototipini nümayiş etdirib. Hərbi avtomobilin bazasında yaradılan altı təkərli yolsuzluq avtomobili Sixty (“Altmış”) adlandırılıb.

Devel Sixty haqqında elə də geniş məlumat verilməyib. Məlum olanlar, ofroderin portal körpülərə, klirensi tənzimlənən asqı sisteminə, təkərlərin təzyiqinə mərkəzləşdirilmiş nəzarət sisteminə və dəbdəbəli salona malik olmasıdır. Avtomobilə daxil olmaq üçün mövcud olan yeganə qapı biznes jetlərin qapısı kimi açılır.

Lakin, ən maraqlısı, Mercedes-AMG G63 6x6 və Hennessey VelociRaptor 6x6 pikaplarına rəqib olmağı düşünən ofroderin güc qurğusu haqqında məlumatdır. Devel Sixteen hiperkarının 5000 at qüvvəli 12,3-litrlik V16 mühərrik  bu ofroder üçün nəzərdə tutulmayıb. Devel mühəndisləri ofroderi daha məntiqə sığan səkkiz silindrli turbodizel mühərriki ilə təchiz ediblər. Söylənənlərə görə, bu mühərrik 720 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edir.

Hər halda, ərəblər ofroderi hələlik yalnız konsept olaraq təqdim ediblər. Devel Sixteen hiperkarının dörd ildir ki, konsept həyatı yaşamasından yola çıxsaq, Sixty ofroderini Ərəbistan səhralarında şütüməsinə hələ çox vardır.

Image alt Image alt Image alt Image alt Image alt