Avtomobil aləminin cəsus fotoqraflarına təqdimatı gələn ay baş tutacaq Lamborghini Urus krossoverinin ön panelinin şəkilini çəkmək nəsib olub. Şəkili "Altdinamic" adlı istifadəçi Instagram sosial şəbəkəsində yayıb.

İtalyan markasının ilk krossoverinin təqdimatı 4 dekabr tarixində Sant’Aqata Bolonyezedə keçiriləcəkdir. Bu mərasimdə Autograph dərgisini onun baş redaktoru Natiq Zəırbəliyevin təmsil edəcəkdir. Yeni krossoverin əsas satış bazarları ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya və Yaxın Şərq ölkələri olacaqdır.

İspan öküzlərinin qədim növünün şərəfinə Urus adlandırılmış krossover Bentley Bentayga, Audi Q7 və Porsche Cayenne modellərinin istehsalında istifadə edilən MQB modul platformasında inşa edilib. Yeni krossover 650 at qüvvəli 4,0-litrlik səkkiz silindrli turbomühərriklə təchiz ediləcəyi bildirilib.

Image alt Image alt Image alt