Dodge şirkəti “bərkgedən” Challenger SRT Demon modelinin növbəti tizerini dərc etmişdir. Bu dəfə videoçarxda kəskin sürətlənmə zamanı dreq şinlərinin düşdüyü vəziyyət nümayiş etdirilir. Bundan əlavə, istehsalçı kəskin və effektiv sürətlənməni təmin edən yeniliklərdən söhbət açmışdır.

Dodge şirkətinin nümayəndələri superkar üçün yeni hidrotransformatorun və 18-düymlük  Nitto NT06R  dreq təkərlərini hazırladıqlarını bildirmişdirlər. Bu təkərlər adi şinlərə nisbətən 15 faiz ilişmə zonasına və iki dəfədən çox artırılmış asfalt səhti ilə ilişmə səviyyəsinə malikdir. Bundan başqa, arxa oxa ötürülən fırlanma anı da 18% artırılmışdır.  Bir müddət bundan əvvəl SRT Demon «bərkgedən» kupesini seriya avtomobilləri arasında olan ən iri hava girişi ilə təchiz edəcəyi bildirilmişdir. Hava girişinin ümumi sahəsi 290 kvadrat santimetr təşkil edəcəkdir. «Şeytanın» hava girişləri həmçinin ön fənərlərdə də olacaqdır.

Bütün bu elementlər Challenger SRT Hellcat modeli ilə müqayisədə daxil olan havanın 30 dərəcə daha az olacağını təmin edəcəkdirlər. Bu məlumatla yanaşı Dodge şirkəti Demon’un ötürməli üfürməsi olan HEMI mühərriki ilə təchiz ediləcəyini bildirmiş və növbəti tizeri dərc etmişdir. Məlumdur ki, Dodge Challenger SRT Demon modelinin alıcısı avtomobillə birlikdə alətlər olan qutunu və ehtiyat təkərləri də daxil olmaqla xüsusi komponentlər dəstini əldə edəcəkdir. Dəstin dəqiq tərkibi açıqlanmasa da onun 18 elementdən ibarət olduğu bildirilmişdir. Bu elementlərin köməyi ilə sahibi avtomobili dreq və yaxud adi yollarda istifadə üçün hazırlaya bilər. Alətlər olan qutunun üzərində avtomobilin VİN-nömrəsi və sahibinin adı olan lövhəcik bərkidiləcəkdir.