Car and Driver dərgisinin verdiyi məlumata görə, Dodge şirkəti Challenger SRT Damon modelini bir yerlik salonla buraxmaq niyyətindədir. Bunun başlıca səbəbi çəkiyə qənaət etməkdir.

Oturacaqlardan imtina sayəsində Dodoge mühəndisləri “Şeytanın” çəkisini 51 kiloqram azaltmağa nail olmuşdurlar ki, bunun da 26 kiloqramı qabaq oturacaqların payına düşmüşdür. Dərginin verdiyi məlumatda oturacaq və təhlükəsizlik kəmərlərini opsiya olaraq markanın dilerlərində  sifariş emək mümkündür. Bundan başqa, 9 kiloqram çəkiyə baqaj bölməsinin üzlənməsinin, 8 kiloqram səs izolyasiyasının, 10 kiloqram səs sisteminin (iki dinamik saxlanılır) 7 kiloqram isə 20-düymlük disklərin əvəzinə 18-düymlüklərinin quraşdırılması hesabına qənaət etmək mümkün olmuşdur. Bundan əlavə, içi boş köndələn dayanıqlılıq stabilizatorlarının hesabına 8 kiloqram, yeni kuzov panellərinin hesabına 7 kilqoram və kiçik ölçülü əyləc mexanizmlərinin hesabına isə 7 kiloqram qənaət edilmişdir. Beləliklə, Hellcat modeli ilə müqayisədə Demon modifikasiyası 105 kiloqram az çəkiyə malik olmalıdır.