Bahalı elektomobilləri ilə dünyada məşhurlaşan amerikan Tesla Motors şirkəti rəsmi olaraq adını dəyişmişdir. The Wall Street Journal nəşrinin verdiyi xəbərdə yeni adın Tesla İnc., olduğu bildirilmişdir.

Çərşənbə axşamından başlayaraq Tesla Motors şirkətinin rəhbərliyi hüquqi şəxsin qeydiyyat sertifikatlarına dəyişiklik edərək Tesla İnc. adını əlavə etmişdirlər.

Bu dəyişikliklərin əsas səbəbinin şirkətin fəaliyyət dairəsinin genişləndirilməsidir. Bildiyimiz kimi, Testa Motors şirkəti bu yaxınlarda SolarCity şirkətini satın almışdı. Elektromobillərlə yanaşı, amerikan şirkəti enerji toplayan sistemlərin və günəş batareyalarının istehsalı ilə məşğul olacaqdır. Qeyd etmək lazımdır ki, bu addımı atmağa amerikalılar çoxdan can atırlar. Misal üçün, keçən ilin yayında firmanın rəsmi veb-saytından Motors sözü yox olmuşdu. Ekspertlərin fikrincə, İlon Mask ziyanla işləyən avtomobil istehsalı ilə kifayətlənməyərək iri enerji şirkəti yaratmaq niyyətindədir.

Bu səbəbdən də biznesmen gəlir gətirən sahələrin axtarışındadır.