Hər il Avropada keçirilən Car of the Year (COTY) müsabiqəsinin finalçıları müəyyən edilibdir. “İlin avtomobili” müsabiqəsinin münsiflər heyəti 37 namizəddən 30-nu müsabiqədən çıxararaq, son yeddi finalçını təyin edib.

Namizədlər siyahısına Alfa Romeo Stelvio, Audi A8, BMW 5-Series, Citroen C3 Aircross, Kia Stinger, Seat İbiza və Volvo XC40 daxil edilibdir. Münsiflər heyəti Ford Fiesta, Hyundai i30 və Kia Rio hetçbeklərini, Opel İnsignia və Volkswagen Arteon liftbeklərini, həmçinin Hyundai Kona, Kia Stonic, Opel Crossland X və Grandland X, Skoda Karoq və Volkswagen T-Roc modellərini finaldan kənarlaşdırıblar.

Xatırladaq ki, müsabiqənin münsiflər heyətinin tərkibinə Avropadakı 23 ölkəni təmsil edən 60 jurnalsit daxildir. Müsabiqədə, qalibin elan edildiyi tarixdən 12 ay əvvəl satışa çıxarılan yeni və ya ciddi yenilənməyə məruz qalan avtomobillər iştirak edə bilərlər. Final mərhələsində münsiflər heyətinin hər bir üzvünə 25 xal verilir ki, onlar da bu xalları, layıq gördükləri beş avtomobilə təqdim edə bilərlər. Bir avtomobilə maksimal olaraq 10 xal vermək olar.  Müsabiqənin qalibi ənənəvi olaraq mart ayında keçirilən Cenevrə avtosalonunda elan edilir.

Xatırladaq ki, bu il Car of the Year müsabiqəsinin qalibi Peugeot 3008 krossoveri olubdur. Keçən il bu müsabiqənin qalibi Opel Astra elan edilmişdir. 2015-ci ildə Volkswagen Passat «İlin avtomobili» titulunu əldə etmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt