Bir müddət bundan əvvəl, Formula 1 üzrə ikiqat dünya çempionu və nüfuzlu amerikan “Indy 500” yarışının qalibi olan Emerson Fittipaldi yeni avtomobil brendini - Fittipaldi Motors şirkətini təsis etdiyini bildirmişdirk. Əlavə olaraq, Fittipaldinin ilk konseptual avtomobilinin mart ayında İsveçrədə keçiriləcək 87-ci Cenevrə avtosalonunda nümayiş etdriləcəyini də xəbər vermişdirk.

Bu gün Fittipaldi Motors konseptin növbəti tizerini dərc etmişdir.

Fittipaldi EF7 Vision Gran Turismo konseptual avtomobili karbon monokoku, karbonplastikdən hazırlanmış kuzov panellərini və xüsusi olaraq bu avtomobil üçün hazırlanmış 600 at qüvvəsinə malik olan atmosfer tipli V8 mühərrikini və ötürmələr qutusunu əldə edəcəkdir. Superkarın çəkisi 1000 kiloqramdan çox olmayacaqdır. Prototipin dizaynı üzərində məşhur italyan dizayn atelyesi Pininfarina işləyəcəkdir. Konseptin texniki hissəsinə isə HWA mühəndis firması cavabdeh olacaqdır. DTM çempionatını izləyənlər bu firmanın kuzov çempionatında Mercedes-AMG komandasının tərəfdaşı olduğunu bilirlər.

Adından da göründüyü kimi, konseptin virtual variantının PlayStation üçün nəzərdə tutulmuş Gran Turismo oyununda da peyda olacaqdır.

Image alt Image alt Image alt